Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat  hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə,  qəza şəhərin Corat qəsəbəsində olub.

Martın 7-də saat 23 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.  Nəticədə avtomobildəki sərnişinlərdən Sumqayıt şəhər sakini Elxan Bağırov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

 İlkin məlumata görə qəzaya yüksək sürət səbəb olub. Ölən şəxsin 2 ay bundan öncə hərbi xidmətdən gəldiyi bildirilir.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.