Salyan rayonunda yanğın hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, hadisə şəhərin Təbriz Xəlilbəyli küçəsində qeydə alınıb.

Belə ki, 1941-ci il təvəllüdlü Cəbrayılov Telman Qubad oğluna məxsus 6 otaqlı ev anidən alovlanıb. Hadisə yerinə Salyan yanğından mühafizə hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb.

Buna baxmayaraq, evin ikinci mərtəbəsindəki otaqlar əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. (report)