Salyan rayonunda piyada qadınların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən bildirir ki, hadisə axşam saatlarında Şorsulu kəndi ərazisində qeydə alınıb.

Rayonun Dayıkənd kənd sakinləri - 1977-ci il təvəllüdlü Hüseynova Nailə Əlirza qızı və 1975-ci il təvəllüdlü Nəzərova Südabə Cəlil qızı evə gedərkən motosiklet vurub. Nəticədə hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.