Şəki rayonunda üzərində narkotik vasitə gəzdirən şəxs saxlanılıb.

Bu barədə Unikal.org-a DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. 

Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Nail Qasımov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 470 qram nakotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.