Gədəbəy rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy rayonunun girişində, şadlıq evinin qarşısında baş verib.

"VAZ-21015" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 8 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanıb.