Göyçayda iki yaşayış evi yanır.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən bir-birinə bitişik iki fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon yanğından mühafizə hissələrinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.