Cəlilabad rayonunun Günəşli kəndində kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hələlik məlum olmayan səbəblərdən tanışlar arasında yaranan mübahisə, sonradan davaya çevrilib.

Hadisə nəticəsində 3 nəfər kənd sakini - 1948-ci il təvəllüdlü Miriyev Mehmanağa Miri oğlu, onun oğlu 1991-ci il təvəllüdlü Miriyev Mirvahid Mehmanağa oğlu və 1982-ci il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.