Sumqayıt şəhərində yanğın olub.

ONA-nın yerli bürosunun məlumatına görə, yanğın şəhərin “Betonzavod” yaşayış massivində qeydə alınıb. 150 kv/m fərdi yaşayış evinin 1 otağı, dəhlizi və mətbəxi əşyaları ilə birlikdə 80 kv/m sahədə yanıb. Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. 

Yanğın zamanı evdə olan azyaşlı uşaqlar xilas edilib, xəsarət alan yoxdur.

Yanğının başvermə səbəbləri araşdırılır.