Bakıda axşam saatlarında qəza baş verib.

Unikal.org-un məlumatına görə, yol-nəqliyyat  hadisəsi paytaxtın Ziya Bünyadov prospektindən "Koroğlu"metrosu istiqamətinə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan 99 MX 597 dövlət nömrə nişanlı "Volksvagen" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nətiicədə minik vasitəsi qarşıda olan 99 NV 705 dövlət nömrə nişanlı "Hyunday" markalı avtomobilə dəyib. Zərbənin təsirindən "Hyunday" markalı avtomobil səkidə olan dirəyə çırpılıb.

Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.