Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.
Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib.
Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.
HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.