Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, yanğın “Amor” şadlıq evində başlayıb. Əraziyə FHN-nin yanğınsöndürən briqadaları cəlb olunub.Yanğın söndürülüb.

Şadlıq evindən Unikal.org-a bildirilib ki, yanğın şadlıq evinin arxa tərəfində, çöl hissədə olub.

Hadisənin hansı səbəbdən baş verməsi hələki məlum deyil.

Famil Fərhadoğlu