Bu gün səhər saatlarında şəhərin Sahil küçəsində dayanacaqda avtobus gözləyən şəhər sakini Rövşən Almuradlının qəflətən vəziyyəti pisləşib.
Unikal.org xəbər verir ki, əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Həminşəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.
Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.
1954-cü il təvəllüdlü Rövşən Almuradlı rejissordur.