Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində Azərbaycan Yazıcılar Birliyi (AYB) Qubadlı rayon bölməsinin sədri, bədiəçi-şair Namiq Mənanın “Azəri” poliqrafiya nəşriyyatında yenicə işiq üzü görən "Sən gedəndən" kitabının təqdimatı keçirilib.

Unikal.org  xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən tədbirin aparıcısı, şair, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli Namiq Mənanın yaradıcılığından söz açıb.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov, Xalq artisti Şeyx Əbdül Mahmudov və digərləri şairin şeirlərinin poetik çalarlarından bəhs ediblər.

Sonra Xasay Cahangirov adına bədii qiraət dərnəyinin üzvləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Tanınmış muğam ustalarının çıxışı tədbirə xüsusi rəng qatıb.

Tədbirə qatılan iştirakçılara minnətdarlığını bildirən Namiq Məna kitabın imza mərasimini keçirib.