Rusiyada məşhurlaşan azərbaycanlı videobloger Hüseyn Həsənovun İnstaqram hesabı bağlanıb.

Unikal.org xəbər verir ki, onun hesabının hansı səbəbdən bağlanması məlum deyil.

Qeyd edək ki, Hüseyn izləyicilərinə bahalı hədiyyələr verməsi ilə gündəmə gəlirdi. Onun sosial media hesabında 10 milyondan çox izləyicisi var.