Rusiyanın məşhur rejissoru Georgi Daneliya 88 yaşında vəfat edib.

Unikal.org rus mətbuatına istinadən xəbər verir ki, sənətçi fevralda sətəlcəm olaraq Moskvada xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyada yatıb.

Qeyd edək ki, Daneliya 25 avqust 1930-cu ildə Tiflisdə dünyaya gəlmişdi. O, “Mimino”, “Payız marafonu”, “Otuz üç” kimi filmləri ərsəyə gətirib.