Müğənni Yeganə Mürsəlovanın səhhətində problem yaranıb.
Unikal.org xəbər verir ki, sənətçi bu haqda "5/5" verilişində deyib. O bildirib ki, əməliyyat olunub.
Aparıcı Zaur Kamal isə Yeganənin toy məclislərindən birində huşunu itirib yıxıldığını söyləyib.
"Allahın verdiyi dərd idi. Şükür, yaxşı oldu. Həyat yoldaşım üç gün xəstəxanada yanımda qaldı" deyə, Yeganə deyib. Müğənni əməliyyatın yaxşı keçdiyini, hazırda səhhətinin qaydasında olduğunu bildirib.