Müğənni Tacir Şahmalıoğlu "5/5" verilişinin qonağı olub.
Unikal.org-un məlumatına görə, sənətçi aparıcı Zaur Kamala "Dəxlisiz müğənnilərə görə bura fişənglər düzürsünüz. Mənə görə də qoyardınız da" sözlərini deyib.
Zaur isə ifaçıların sirrini açaraq "Onlar özləri gətirir. Mən niyə edim" deyib.
Aparıcı daha sonra Şahmalıoğlunun növbəti dəfə ata olmasından danışıb:
"Uşaq oldu, yoxsa yox? Oğlunu evləndirəcək yaşdasan, ata olacaqsan. 22 ildən sonra ağ saçına yaraşır".
İfaçı isə "Ömürcan qoyacam adını, 1 ay var dünyaya gəlməsinə. Cinayət etmişəm? Atam 76 yaşında evləndi, bir oğlu da oldu. Övladın nə ziyanı var? Dörd-beş arvad almaq lazımdır ki, uşağın çox olsun. Düz deyirəm, müsəlman dünyasının qanununda var" deyib.