“Oscar” mükafatçısı amerikalı aktrisa Helli Berri 52 yaşında olmasına baxmayaraq, 25 yaşlı qızlarla yarışa biləcək gözəlliyə sahibdir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, eks gözəllik şahzadəsi olan Berri gənc görünməsini meditasiya, yoqa və idmana borclu olduğunu deyib.
Fitnes və yoqa zamanı çəkilən şəkillərini İnstaqram hesabından paylaşan aktrisa izləyicilərinə də motivasiya verir.
"Mənə görə fitnes sadəcə qaçmaq və ya ağırlıq qaldırmaq demək deyil. Mən məşqlərdə bədənimlə yanaşı zehnimi də çalışdırıram" deyə, o bildirib.
Yoqa və meditasiyasız bir gün belə keçirməyən aktrisa eyni zamanda hər gün sümük suyu da içdiyini deyib.