Türkiyəli modelyer Nur Yerlitaş beyin əməliyyatı sonrası obyektivlərə tuş gəlib.
Unikal.org xəbər verir ki, modelyer ötən il beyin xərçəngi diaqnozu ilə əməliyyat olunmuşdu. Olduqca çətin günlər keçirən Yerlitaş alış-veriş mərkəzində görüntülənib.
"Xəstəxanadan gəlirəm, çox ayaqüstə qala bilməyəcəm. Dostlarımın yanına gedib onlarla söhbət etmək istəyirəm", deyən Yerlitaşın əhval-ruhiyyəsinin yaxşı olduğu nəzərlərdən yayınmayıb.