41 yaşlı Corcina Klark 23 yaşlı qızı Kayla Morrisin plastik əməliyyata pul yığmaq üçün striptiz göstərib fahişəliklə məşğul olmasına icazə verir.
Unikal.org ölkə.az-a istinadən bildirir ki, ana və bala bu günə qədər plastik əməliyyatlara 60 min funt sterlinq (150 min manat) pul xərcləyiblər.
Corcina və Kayla plastik əməliyyat xəstəsidir. Kayla ilk dəfə 11 yaşı olanda plastik əməliyyat etdirib.
"Qızımın özünə yaşlı və imkanlı sevgili tapması, striptiz göstərməsi vecimə deyil. Biz istədiyimiz kimi yaşayırıq. Onunla qürur duyuram. Kayla kimi qızım olduğu üçün şanslı anayam", - deyə Corcina bildirib.
Məlum olub ki, Kaylanın 11 yaşı olanda anasına sinəsini böyütdürmək istədiyini deyib. Corcina isə bunu eşidəndə özünü xoşbəxt hiss edib. Corcina və qızı amerikalı müğənni Keti Praysa bənzəmək üçün plastik əməliyyat ediblər.
Kayla və anası dəfələrlə dodaq dolğusu etdiriblər. Ana və qızı dəfələrlə cərrah bıçağı altına yatıblar. Kayla 18 yaşı olanda 50 yaşlı varlı bir kişi ilə görüşməyə başlayıb. Bunun sayəsində isə əməliyyatların pulunu ödəyiblər.