Əməkar artist Rəşad İlyasovla müğənni Nura Suri arasında məclislərin birində qalmaqal yaşanıb.
Unikal.org xəbər verir ki, Nura mahnı ifa edən zaman ifaçının köməkçisi onun mikrofonunu bağlayıb.
Həmin anı lentə alan Suri İnstaqramında paylaşım edərək, narazıçılığını bildirib:
"Bax belə alçaqlıq edirlər müğənnilərə qarşı. Elə bilirsiz asandır belə əclafların arasında baş çıxarmaq. Rəşad İlyasovun işçisidir. İki dəfə mahnımı kəsdirdi. Yaxşı ki, çəkib göndəriblər, özüm şahidi oldum. Sonra da gəlib ki, canlı oxuyaq. Öz tonallığında oxutdurdu məni. Yaxşı ki, əsəbiləşmədim və belə hallara hazıram".(axşam.az)