Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun verilişlərin birində qeyri-etik ifadələ səsləndirdiyinə görə efirlərdə iştirak etməsinə qadağa qoyub.
Unikal.org xəbər verir ki, qadağaya baxmayaraq bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil" verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub. Reklamdan sonra Rüfət Axundov verilişdə omayıb.