
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.
Unikal.org FHN-nin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində su kanalında çimərkən batmış 2000-ci il təvəllüdlü Xəlilov Rəşad Mahir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.