Bu gün baş tutan İcraiyyә Komitәsinin iclasından sonra AFFA prezidenti Rövnәq Abdullayev jurnalistlәrin suallarını cavablandırıb.
 
Unikal.org  müsahibəni təqdim edir:

-Çempionatda neçә komanda olacaq? İclasda nәlәr müzakirә olundu?

- İclas başa çatdı və əsas müzakirəmiz Premyer Liqada neçə komandanın iştirak edəcəyi məsələsi idi. Birinci Divizionda çıxış edən klublardan heç biri lisenziya ala bilmədi. Ona görə də qərara gəldik ki, çempionat 8 komandanın iştirakı ilə keçirlisin. "Rəvan" və "Xəzər Lənkəran"ın borcları çox idi. Ona görə də onlara lisenziya verilmədi. Bu mövsüm müvəqqəti olaraq 8 komanda iştirak edəcək. Gələn mövsüm üçün 4 komandanın hazır olması barədə baş katibliyə tapşırıq vermişəm. Növbəti mövsüm 10 və ya 12 komandanın iştirakı ilə çempionat keçiriləcək. Bundan əlavə, legionerlərin rüsumunu da azaltdıq. Artıq rüsum 5 min manatdır. Milli komandasının şərəfini qoruyan legionerlər isə çempionatda pulsuz oynayacaq. Bu qərarı ona görə qəbul etdik ki, klublar daha səviyyəli legionerlər gətirsinlər. Həmçinin PFL-in cərimələri 20% azaldıldı. Bu qərarla klublara dəstək verdik.

- Növbəti mövsüm 10 komanda olacaq, yoxsa 12?

- Bölgələrdə olan klublarımızın lisenziya almaları üçün lazımi işlər görüləcək. Artıq "Zaqatala" klubu ictimailəşib. "Mil-Muğan" da yaxşı səviyyədədir. Tapşırmışam ki, bu klublara diqqət ayırsınlar. Onların gələn mövsümə hazır olmalarını tapşırmışam. İstəyirik ki, regionda böyük klublar yaradaq. Bundan əlavə, I Divizionda "Səbael" klubu çıxış edəcək. AFFA-nın Səbaeldə stadionu var və bu stadionu onların ixtiyarına verəcəyik.

- İş adamları artıq futbola həvəs göstərmirlər...

- Hazırda şirkətlərin maliyyə durumu zəifləyib. Bu da Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı düşməsilə əlaqədardır. Bu da öz təsirini göstərdi. Biz buna görə klublara güzəşt etdik. Klublara proqram şəklində dəstək göstərəcəyik. Son illər də "Turan Tovuz" və "Şəmkir" klublarına maddi dəstəklər olunsa da, orada bir futbolçu da yetişməyib. Açıq deyim ki, bu dәstәk havaya sovurulmuş pullar mәnzәrәsi yaradır. Kimsә oturub orda maaş alır, amma heç nә yoxdur. Buna görə də, proqram şəklində klublara yardım ediləcək ki, futbolçu yetişdirə bilsinlər. Qarşılarına şərtlər qoyulacaq. Bu dəstəklər AFFA-nın hesabına olacaq.