Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, universitetin müəllim-tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün qeyd edilməsinin əhəmiyyətindən bəhs edib.

Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, xalqın şüurunda Heydər Əliyev təkcə 70-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı.

Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər və 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalıları ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdilər. Arif Rəhimzadə onu da bildirb ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ilk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu.
BDU-da Qurtuluş Günü ilə bağlı tədbir - Fotolar
BDU-da Qurtuluş Günü ilə bağlı tədbir - Fotolar
BDU-da Qurtuluş Günü ilə bağlı tədbir - Fotolar