Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.
Unikal.org xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Belə ki, polis mayoru Cəmşid Murtuza oğlu Abbasov Mingəçevir Dövlət Yol Polisi bölməsinin rəisi təyin edilib.