Salyan rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlardan biri ölüb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, Salyanda həkimlərin səyinə baxmayaraq, bu gün səhər saatlarında, 1952-ci il təvəllüdlü Cəlilabad sakini Soltanov Məmmədqulu xəstəxanada dünyasını dəyişib. Onun meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib.

Aprelin 25-də Ələt-Astara magistral yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusla “Mercedes markalı avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət almışdı.

Faktla bağlı araşdırma aparılır.