Bakı şəhərində zibilxanada yanğın baş verib.

Unikal.org-a FHN-dən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda məişət tullantıları 20 m² sahədə yanıb. Bu zaman yanğın yaxınlıqdakı mağazaya da keçib və mağazanın qapısının rezini 10 p.m yanıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.