Ucar şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, saat 11:00 radələrində şəhərin Azərbaycan küçəsində velosipedlə hərəkətdə olan Ərziman Məmmədov "VAZ-2107" markalı minik maşını tərəfindən vurulub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs ətrafdakıların köməkliyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.