Bu gün Formula 1 üzrə dünya çempionatının finalı baş tutub.

Unikal.org xəbər verir ki, açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verilib.

Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirilib.

Himni Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə, müvafiq olaraq, muğam və klassik üslublarda ifa ediblər.

Onları Əməkdar artistlər - tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət ediblər.

İfaçılar milli və klassik üslublara aid geyimlərdə meydana çıxıblar.