ATMU-nun menecment kafedrasının müəllimi Fuad Cabbarov aprelin 14–dən 20–dək Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində ali təhsil müəssisəsi tərəfindən tərəfdaş universitetə- Bolqarıstan Respublikasının Sviştov şəhərindəki D.A.Tsenov adına İqtisadiyyat Akademiyasına ezam olunub.

Unikal.org xəbər verir ki, F.Cabbarov yuxarıda adıçəkilən proqram üzrə “Korporativ idarəetmə” fənnini tədris edib. Eyni zamanda D.A.Tsenov adına İqtisadiyyat Akademiyasının menecment kafedrasının müəllimlər ilə müvafiq fənnlərin tədrisinə dair fikir mübadiləsi aparıb.