Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndindəki fermalardan birində qeydə alınıb.
Belə ki, rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Yüsif Hüseynov çoban çalışdığı fermada qidadan zəhərlənərək ölüb.
Onun göbələkdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.