Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq.

Unikal.org xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib. 

O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.

A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: “Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”.

Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq.