Space Tv-də Amil Xəlilin "Gəl dərdini danış" sosial-kriminal layihəsində növbəti həyəcanlı anlar yaşanıb.

Unikal.org xəbər verir ki, ərinin ölümü ilə bağlı verilişə üz tutan gəlin birbaşa efirdə "ərim öləndən sonra qayınatam mənə sataşırdı" kimi ifadələr səsləndirib.

Gəlinin qəfl bu çıxışı teleaparıcını da pis vəziyyətdə qoyub. Amil Xəlil "Bu söhbətlər efir üçün deyil. Biz ölüm işindən danışırıq" deyərək Gülnar xanıma irad bildirib.

Amma gəlin öz çıxışını davam etdirib. Son buraxılışda isə qayınata özü verilişdə iştirak edir. Həmin anları sizə təqdim edirik: