Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Parlamentdə İtaliyanın Neapol Milli Xərçəng İnstitutunun əməkdaşları – Franco İonna, Fabio Ayello və Juliya Ribina ilə görüşüb.

Unikal.org xəbər verir ki, Əhliman Əmiraslanov qonaqları salamladıqdan sonra Səhiyyə komitəsinin fəaliyyəti, qəbul olunan qanunlar, o, cümlədən icbari tibbi sığortanın tətbiqi haqqında geniş məlumat verdi.

Sonra İtaliyanın Neapol Milli Xərçəng İnstitutunun professoru Franco İonna Azərbaycanda ilk dəfə olduqlarını və çox yaxşı təəssüratlarının yarandığını qeyd etdi.

Professor Franco İonna Əhliman Əmiraslanova yüksək qonaqpərvərlik üçün təşəkkür etdi və özünün də ixtisasca onkoloq, üz-çənə cərrahı olduğunu bildirərək Neapol Milli Xərçəng İnstitutu haqqında ətraflı məlumat verdi.

Sonda ölkələrimiz arasında tibb, xüsusilə də onkologiya sahəsində əməkdaşlığın artırılması istiqamətində lazımi işlərin görüləcəyi qeyd edildi.