Ağdaş rayon sakini Ramin Məmmədov iddia edir ki, Azərbaycan Tibb Universitetinin (ATU) ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov onu burnundan əməliyyat etdikdən sonra sol gözündə böyük şiş əmələ gəlib.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı yeniavaz.com-a danışan R. Məmmədovun sözlərinə görə, Ç. Rəhimov onun xərçəng xəstəsi olduğunu iddia edib.