Rusiya Federasiyasının Çelyabinsk şəhərində keçirilmiş “İqtisadi təhlükəsizliyin və gömrük tənzimlənməsinin problemləri: səmərəli həllərin axtarışı” mövzusunda 4-cü beynəlxalq elmi-praktiki konfransın təşkilatçıları Rusiyanın Cənub Ural Dövlət Universiteti, Ali İqtisadiyyat və İdarəetmə Məktəbi, Cənub Ural Ticarət-iqtisadi Palatası, Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyası və Çelyabinsk gömrüyü olublar.

Unikal.org xəbər verir ki, Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə III  kursda təhsil alan tələbələri Həsən Həsənzadənin “Azərbaycan Respublikasına avtonəqliyyat vasitələrinin idxalı”, Elvin Qazaxovun “Səlahiyyətli iqtisadi operator İnstitutunun Azərbaycan Respublikası Gömrük qanunvericiliyində yeri və əhəmiyyəti” mövzusunda məruzələri konfransın proqramına daxil edilib.

Bu konfransda iştirak Akademiyanın tələbələri tərəfindən iqtisadi təhlükəsizlik və gömrük işinin təşkili məsələləri ilə bağlı beynəlxalq forumlarda öz araşdırmalarının nəticələrini təqdim etmək üçün ilk təşəbbüs olub.