Bakı Nəqliyyat Agentliyi (BNA) Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.

Bu barədə Unikal.org-a BNA-dan bildirilib.

Məlumata görə, 216 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib. Mayın 2-dən etibarən 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Balaxanı Sənaye Parkına qədər hərəkət edəcəklər. Bununla da Park istiqamətində yaşayan sakinlərin və həmin ərazidə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi təmin ediləcək.