“Sosial şəbəkələrdə sahibsiz küçə itlərinin öldürülməsi ilə bağlı vətəndaşları bölmənin qarşısına toplanmaq çağırışları təxribat xarakteri daşıyır”.

Unikal.org xəbər verir ki, bu barədə "ONA"ya Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən məlumat verilib.

Bölmədən bildirilib ki, razılaşma olmadan hər hansı aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq, qanunla müəyyən edilmiş qaydalara müvafiq olaraq tədbir görüləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Badamdar qəsəbəsində 3 itin güllələnməsi ilə bağlı məlumat yayılıb. Məlumatı paylaşan şəxslər vətəndaşları polis bölməsinin qarşısına toplanması ilə bağlı çağırışlar ediblər.