Azərbaycanın 3 rayonunda bu gün güclü yanğın hadisəsi olub.

Unikal.org FHN-nə istinadən xəbər verir ki, Ağstafa rayonunun Poylu qəsəbəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Qaraqocalı kəndində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunun Mahamalar kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, eyvanının döşəməsi və dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.