Gəncə şəhərində döyülmə hadisəsi baş verib. 3 nəfər market işçisi sərxoş şəxs tərəfindən döyülüb.

Unikal.org xəbər verir ki, hadisə Məhsəti qəsəbəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Tural Rəsulov, 1989-cu il təvəllüdlü Ceyran Əsgərova və 2003-cü il təvəllüdlü Firuzə Əsgərova marketə sərxoş halda daxil olan şəxs və ya şəxslər tərəfindən döyülüb. Zərərçəkmişlər hazırda xəstəxanadadır, onlara lazımi tibbi yardım göstərilib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.