Gəncədə 21 yaşlı qız itkin düşüb.
Unikal.org trend-ə istinadən məlumatına görə, bu barədə polisə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan Adıgözəlova Ülviyyə Ramazan qızı məlumat verib.
Müraciətdə bildirilib ki, aprelin 26-da qızı, Gəncə şəhəri, Balçılı kəndində yaşayan, 1998-ci il təvəllüdlü Adıgözəlova Gülnar Arzuman qızı yaşadığı evdən heç kimə heç nə demədən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.