Bakıda iyunun 20-də Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. 
İqtisadiyyat Nazirliyindən unikal.org-a verilən məlumata görə, tədbir qurumun dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.
Biznes-forumda rəsmi şəxslərlə yanaşı, sənaye, maliyyə, energetika, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.
Biznes forumda Azərbaycan və Rusiya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, təqdimatlar və ikitərəfli görüşlər keçiriləcək.