Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda mənzildə yıxılan xəstə qadına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.