“Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayib.
Bunu Unikal.org-a qurumun Mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.
Onun sözlərinə görə, prosesə bu ayın əvvəlindən start verilib.
“Prezident İlham Əliyevin elektroenergetika sahəsinə yönəlmiş strategiyasına uyğun olaraq, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə enerji ixrac edir. Artıq mayın 1-dən “Azərenerji” Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana, eyni zamanda Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumuniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. May ayı üçün enerji idxalı ilə bağlı Yunanıstandakı hərracda 7, Bolqarıstandakı hərracda 5 şirkət iştirakçı olub ki, onların hər ikisində “Azərenerji” uğur əldə edib. Dövlət şirkəti qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırır”, - deyə T.Abdullayev qeyd edib.
“Azərenerji” ixrac imkanlarının artırılması ilə yanaşı enerji sisteminin etibarlığının təmin edilməsi, o cümlədən artan təlabatın qarşılanması üçün Reablitasiya Proqramına uyğun olaraq itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.