Aprelin 6-sı iki körpəsini birgə yaşadığı kişinin üstünə atıb qaçan Məhərrəmova Məhluqə tapılıb.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, bir aydır ərinin axtarışa verdiyi "itkin gəlin" evinə yaxın bir binada aşkar edilib.
Məhluqə həyat yoldaşı Eldarın 10 min manat oğurladığı ilə bağlı iddialarını ağ yalan adlandırıb:
"Gecə saat 4-də ərim evə içkili gəldi. Əvvəllər də hər gün meyxanələrdə idi. Aprelin 6-sı gecə saat 4-də məni döydü. Paltarsız lüt, ayaqyalın atdı çölə. Sonra mən qaçdım, sübutum da var. Getdim qonşu binada bir xanımın qapısını döydüm, gedib o xanımdan da soruşa bilərsiniz. Mən o qədər əzablar görmüşəm ki. Mən uşaqlarımı atmamışam".
Qeyd edək ki, bu Məhluqənin üçüncü ailə həyatı olub. Onun birinci ərindən üç uşağı olub.