Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində 2 avtomobil toqquşub. Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil "Ford" markalı kiçikhəcmli yük avtomobilinə dəyib. İdarəetmıni itirən "Mercedes" daha sonra dəmir arakəsmələrə çırpılıb. Avtomobil yararsız vəziyyətə düşüb. Xəsarət alanların olduğu bildirilir.

Hazırda ərazidə sıxlıq müşahidə edilir.