Moskvada Heydər Əliyevə həsr olunmuş "Mədəniyyətlər dialoqu və müasir dövrün çağırışları" adlı kitabın təqdimatı keçirilib.
Unikal.org xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyində keçirilən təqdimatda Rusiya Dövlət Dumasının deputatları, xarici ölkələrin səfirləri, Rusiya və Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mayın 10-da dahi şəxsiyyətin anadan olmasının 96-cı ildönümü olduğunu və bu məqsədlə Heydər Əliyevin xatirəsinə həsr olunan, Azərbaycan və Rusiya filosoflarının birgə qələmə aldıqları kitabın təqdimatının keçirildiyini vurğulayıb.
Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada nəşr olunub. Nəşr Azərbaycan və Rusiyanın filosoflarının birgə təşkil etdiyi “Əliyev qiraətləri” konfranslarının materialları əsasında hazırlanıb.(ona.az)