İstanbulda seçki nəticələrinin ləğvi ilə əlaqədar Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə iclas çağırıb.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, CHP bələdiyyə seçkiləri üzrə nəticələrin ləğvinə etiraz edib. Yaxın saatlarda bununla bağlı partiyanın rəsmi mövqeyi açıqlanacaq. 

Qeyd edək ki, İstanbulda martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ləğv olunub. Bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) bu gün keçirdiyi iclasda yekun qərar qəbul edib.