Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesirdə baş verən və ətraf ərazilərdə də hiss olunanan zəlzələ ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, Türkiyə lideri zəlzələdə zərər çəkən bütün vətəndaşlara "keçmiş olsun" diləklərini çatdırıb.
"Balıkesirdə baş verən zəlzələdə zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun. İlk andan etibarən bütün qurumlarımız hərəkətə keçib. Biz də işləri yaxından izləyirik. Allah ölkəmizi hər cür fəlakətdən qorusun", - Ərdoğan qeyd edib.